Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Abdullayevdən ümumilikdə 449 qram heroin və 1 ədəd elektron tərəzi götürülmüşdür
16.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş F.Abdullayev Səbail rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 29 qrama yaxın heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun Bayıl qəsəbəsindəki evinə baxış zamanı oradan 420 qram heroin və 1 ədəd elektron tərəzi götürülmüşdür.