Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini A.Babayev saxlanılmışdır
16.02.2021Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki mağazaların birindən 550 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş A.Babayev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini M.Mövsümovun “VAZ-2107” markalı avtomobilini qaçırması da müəyyən edilmişdir.