Axtarışda olan X.Kazımov saxlanılmışdır
15.02.2021Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.