Gədəbəy rayonunun Mormor kəndi ərazisində “T-74” markalı traktor dərəyə aşmışdır
01.02.2021Fevralın 1-də saat 18 radələrində Gədəbəy rayonunun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi “T-74” markalı traktoru dərəyə aşırmışdır. Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.