Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb

22.01.2021

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub. Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.