Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyata hadisəsi
17.01.2021Yanvarın 17-də saat 21 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Günəşli kənd sakini V.Həsənov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini S.Vəliyeva hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.