DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonu ərazisində bir evdən və bir mağazadan məişət əşyaları oğurlamaqda şübhəli bilinən R.Hüseynov saxlanılmışdır

15.01.2021

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılhacılı qəsəbəsində bir evdən və Balakürd kəndi ərazisində bir mağazadan məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 14-də Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş  E.Qurbanov, Naftalan şəhər sakini T.Həsənov və Bakı şəhər sakini R.Şabanovla birgə rayon ərazisindəki mağazaların birindən pul, 964 manat dəyərində tütün məmulatı və spirtli içki oğurlaması da müəyyən edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qurbanov, T.Həsənov və R.Şabanov da saxlanılmışlar.

15.01.2021 tarixinə olan kriminal məlumatlar