DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şabran rayonunda ailə-məişət münaqişəsi zəminində oğlunun istiqamətində tüfəngdən atəş açmış Quba rayon sakini T.Məmmədov saxlanılmışdır

14.01.2021

Şabran RPŞ-yə yanvarın 14-də Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfanın istiqamətində tüfəngdən atəş açması barədə məlumat daxil olmuşdur.

Baş nahiyəsindən xəsarəti almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “İJ-16”  markalı ov tüfəngi götürülmüşdür.

Görülmüş tədbirlərlə T.Məmmədov saxlanılmışdır.

Araşdırma aparılır.

14.01.2021 tarixinə olan kriminal məlumatlar