Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
21.12.2020Dekabrın 20-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Y.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Famil Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 21-də orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.