Bakı şəhər sakini İ.Rzazədəyə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
16.12.2020Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 15-də Z.Bünyadov prospektində Bakı şəhər sakini İ.Rzazədəyə zor tətbiq edilərək mobil telefonunun və gödəkçəsinin alınması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Z.Abbasov və əvvəllər məhkum olunmuş F.Dövlətov saxlanılmışlar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.