Dekabrın 13-nə keçən gecə Nərimanov rayonu ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Səlimov saxlanılmış, digər bir nəfər isə müəyyən edilmişdir
16.12.2020Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dekabrın 13-nə keçən gecə rayon ərazisində Bakı şəhər sakini V.Almazlıya məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
17-ci Polis Şöbəsi və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Ağsu şəhəri ərazisində aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini R.Səlimov saxlanılmış, digər bir nəfər isə müəyyən edilmişdir.
Araşdırmalar aparılır.