Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini M.Həbibov Yasamal rayonu ərazisində saxlanılmışdır
14.12.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Həbibov Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 175 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür.