Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
13.12.2020Dekabrın 13-də saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Məmmədovun idarə etdiyi “Hyundai” markalı yük və Bakı şəhər sakini D.Dadaşovun idarə etdiyi “Renault” markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə D.Dadaşovun sərnişinləri olan azyaşlı qızı Amina və Bakı şəhər sakini A.Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, uşaq orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.