Daşkəsən rayonu ərazisində “Mitsubishi” markalı avtomobil aşmışdır
04.12.2020Dekabrın 4-də saat 8 radələrində Daşkəsən rayonunun Çovdar kəndi ərazisində Yevlax rayon sakini V.Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırmış və nəticədə sərnişini, Tovuz rayon sakini Şahlar Abbaslı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.