Binəqədi rayonu ərazisində 2 avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Teymurov saxlanılmışdır
27.11.2020Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul, videoqeydiyyat qurğusu və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılmışdır.