Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Saatlı şəhər sakini N.Əliyevin evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və 28 ədəd patron da götürülmüşdür
22.11.2020Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülmüşdür.