Qaradağ rayonunun Sahil qəsəbə sakini A.Rzayevin avtomobilindən marixuana və çətənə toxumu götürülmüşdür
06.11.2020DİN Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 38-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Rzayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı oradan 445 qramdan artıq marixuana və çətənə toxumu aşkar edilərək götürülmüşdür.