Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.10.2020Oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurmuşdur. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.