Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimovdan 104 qramdan artıq heroin və 2 kiloqrama yaxın tiryək götürülmüşdür
30.10.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 104 qramdan artıq heroin və 2 kiloqrama yaxın tiryək götürülmüşdür.