Sabunçu rayonundakı Ləhiş bağları ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Musayev saxlanılmışdır
11.10.2020Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-dən oktyabrın 11-dək olan müddətdə Ləhiş bağları ərazisindəki evlərin birindən 2500 manat dəyərində televizor, kombi aparatı, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Musayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha bir həyətdəki yardımçı təsərrüfatdan su mühərriki, elektrik naqili və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.