Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
02.10.2020Oktyabrın 2-də saat 11 radələrində Quba rayonu ərazisində rayon sakinləri F.İsrafilovun və A.Əliməmmədovun idarə etdikləri “Ford” markalı 2 avtomobil toqquşmuş və sonradan A.Əliməmmədov idarəetməni itirərək avtomobillə yolu keçən Cimi kənd sakini Xanım Fərhadovanı vurmuşdur. X.Fərhadova və A.Əliməmmədovun sərnişini xəstəxanaya yerləşdirilmiş, piyada aldığı xəsarətlərdən orada ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.