Biləsuvar şəhəri ərazisində “Mercedes” markalı avtomobillə “MTZ-80” markalı traktor toqquşmuşdur
23.09.2020Sentyabrın 23-də saat 17 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini Əfqan Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Nərimankənd kənd sakini L.Vəliyevin idarə etdiyi “MTZ-80” markalı traktor toqquşmuşdur. Nəticədə Ə.Dadaşov hadisə yerində ölmüşdür.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.