Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində piyadanın ölümü ilə nəticələnmiş YNH-ni törətməkdə şübhəli bilinən sürücü M.Qasımov saxlanılmışdır
22.09.2020Sentyabrın 21-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini İxtiyar Vəliyev vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, şəhər sakini M.Qasımov müəyyən edilərək saxlanılmışdır.