Soyğunçuluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyən edilərək saxlanılmışdır
14.09.2020Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə sentyabrın 12-də saat 23 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini olan bir azyaşlının mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə müraciət daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.