Narkotik vasitələri satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva və A.Sadıqov saxlanılmışlar
08.09.2020Narkotik vasitə ilə tutulmuş N.Əhmədovanın ətrafında Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, yaşadığı mənzildən isə 9 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə X.Mustafayevaya narkotik vasitəni satmaqda şübhəli bilinən A.Sadıqov da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qramdan artıq marixuana, yaşadığı mənzildən isə 24 qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.