Oğurluq törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində saxlanılmışdır
04.09.2020Oğuz Rayon Polis Şöbəsinə sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində saxlanılmışdır.Araşdırma aparılır.