Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
03.09.2020Sentyabrın 3-də saat 1 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Bərdə rayon sakini C.Rzayev idarə etdiyi “Ford” markalı yük avtomobilini qarşıda gedən Kürdəmir rayon sakini E.Abdurrahmanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə C.Rzayevin sərnişini - Bərdə rayon sakini Qabil İbrahimov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.