Xaliq Bağırovu yaşadığı evdə qətlə yetirmiş mərhumun kürəkəni Zəngilan rayon sakini A.Hüseynəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir
31.08.2020Avqustun 31-də saat 10 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Xaliq Bağırovun yaşadığı evdə qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsinə müraciət daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin mərhumun kürəkəni Zəngilan rayon sakini A.Hüseynəliyev tərəfindən törədilməsi müəyyən edilmişdir. A.Hüseynəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir.