Adam öldürməyə cəhddə şübhəli bilinən Xaçmaz şəhər sakini C.Ağayev saxlanılmışdır
24.08.2020Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-ə şəhər sakini, əvvəllər məhkum olunmuş C.Ağayevin münaqişə zəminində arvadı Y.Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirməsi barədə məlumat daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Y.Ağayeva xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılmışdır.Xaçmaz RPŞ-də araşdırma aparılır.