Türkan qəsəbə sakini K.Nəsirovun yaşadığı evdən marixuana, həyətyanı sahəsindən isə çətənə kolları götürülmüşdür
22.08.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini K.Nəsirovun yaşadığı evə baxış zamanı oradan 235 qramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 223 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.