Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

12.08.2020

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı  kəndi sakini  Bünyad  Zayıdov   yaşadığı  evin  həyətyanı  sahəsində  kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxış zamanı Bünyad  Zayıdov tərəfindən əkilən 46 ədəd  narkotik  xassəli  bitki  sayılan  çətənə  kolu  aşkar  edilərək   götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.