Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Türkanda evinin həyətində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

31.07.2020

Xəzər  Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əasasən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Türkan qəsəbəsi sakini Yavər Ağayev saxlanılıb. Ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Yavər Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı Xəzər  Rayon Polis İdarəsinin İstintaq Şöbəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

31.07.2020 tarixinə olan kriminal məlumatlar