Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Hüsnü Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Füzuli rayon sakini K.Əliyev saxlanılmışdır

28.07.2020

İyulun 27-də saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birinin həyətində orada kirayədə yaşayan Hüsnü Əliyevin qətlə yetirilməsi barədə məlumat daxil olmuşdur.   

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş K.Əliyevin onunla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüsnü Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirməsi müəyyən edilmişdir.   

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Əliyev saxlanılaraq istintaqa təhvil verilmişdir. 

28.07.2020 tarixinə olan kriminal məlumatlar