Soyğunçuluq etmiş Biləsuvar rayon sakini Sənan Məmmədov tutulmuşdur
19.02.2008Saat 02.20 radələrində naməlum şəxs Nizami kinoteatrının yaxınlığında Maştağa qəsəbə sakini Azad Cabbarovun idarə etdiyi "Azsamand" markalı avtomaşına sərnişin qismində oturub 2-ci Alatava yaşayış sahəsinə gedəcəyini bildirmişdir. 2-ci Alatava yaşayış sahəsində həmin şəxs A.Cabbarovu bıçaqla hədələyərək ondan 25 manatını almışdır. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakini Sənan Məmmədov tutulmuşdur.