Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Elşad Səfərova məxsus avtomaşın qaçırmış şəxslərin 18 saylı Poçt Şöbəsindən oğurluq etmələri də müəyyən edilmişdir

19.02.2008

Fevralın 19-da Gəncə şəhərindən, şəhər sakini Elşad Səfərova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Həmin gün avtomaşın Sevinc qəsəbəsində maqnitofonu və qabaq şüşəsi çıxarılmış vəziyyətdə tapılmışdır. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mətləb Şabanov, İlkin Heydərov və Nicat Mehdiyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2007-ci ilin noyabrında 18 saylı Poçt Şöbəsindən oğurluq etmələri müəyyən edilmişdir.

19.02.2008 tarixinə olan kriminal məlumatlar