Ucar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
25.07.2020İyulun 25-nə keçən gecə Ucar şəhəri ərazisində şəhər sakini Ş.İsmayılov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Yaşar Xəlilovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Ucar RPŞ tərəfindən araşdırma aparılır.