Bakı şəhər sakini Əkbər Nuriyevi qətlə yetirməkdə şübhəli bilinən qayınatası A.Rzayev tutulmuşdur
23.07.2020İyulun 19-da Bakı şəhər sakini Əkbər Nuriyevin qayınatasının yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Müraciət əsasında aparılan araşdırma zamanı polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində iyulun 19-da qayınatası A.Rzayevin Ə.Nuriyevi Lerik rayonunun Çayrud kəndinindəki evinə aparması, iyulun 20-də isə orada onu küt alətlə vuraraq qətlə yetirməsi, habelə sonradan kəndin meşə zolağında meyitini yandıraraq basdırması müəyyən edilmişdir.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilmişdir.Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rzayev paytaxt ərazisində tutulmuşdur.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.