Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti avtomobil qəzaya uğramışdır
20.07.2020İyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğramışdır.
Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunmuşdur.Araşdırma aparılır.