Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi
16.07.2020İyulun 16-da saat 8 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini R.Afdanov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarı ilə velosiped sürən Abşeron rayon sakini Ərəstun Tahirovu vurmuşdur. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.