Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Otuzikilər kənd sakini N.Ağamirova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Q.İbrahimov tutulmuşdur

12.07.2020

İyulun 12-də saat 6 radələrində Bərdə rayonunun Otuzikilər kəndi ərazisində kənd sakini Q.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi N.Ağamirova xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Q.İbrahimov şübhəli şəxs qismində tutulmuşdur. Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi və 15 ədəd patron götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.