Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əhmədov saxlanılmışdır
12.07.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq, yaşadığı evdən isə 1,1 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.