Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Z.Aslanov saxlanılmışdır

09.07.2020

İyulun 9-da saat 11 radələrində Yasamal rayonunun Ş.Mehdiyev küçəsində bir nəfər Bakı şəhər sakini Q.Kərimovanın içərisində 294 manat pulu olan çantasını soyğunçuluq yolu ilə almışdır.

Həmin şəxs ərazidə xidmət aparan Post-Patrul Xidməti Bölüyünun əməkdaşları tərəfindən saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilmişdir. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Aslanov olması müəyyən edilmişdir. 

Yasamal RPİ-də araşdırma aparılır.