Zaqatala rayonunun Çobankol kənd sakinləri R.Bədəlovun və F.Kərimov saxlanılmışlar
09.07.2020İyulun 8-də saat 3 radələrində Zaqatala rayonunun Çobankol kənd sakini F.Nurullayevanın evində baş vermiş yanğınla əlaqədar Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla iyulun 6-da kənd sakinləri R.Bədəlovun və F.Kərimovun həmin evdən məişət əşyaları və spirtli içkilər oğurlamaları, izi itirmək məqsədilə evi qəsdən yandırmaları müəyyən edilmişdir.
R.Bədəlov və F.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.