Sabirabad rayonunun Qalağayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.07.2020İyulun 6-da saat 23 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “Toyota” və İmişli rayon sakini R.Xudiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə N.Məmmədova və sərnişini Azər Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.