Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.07.2020İyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilmişdir.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.