Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşını qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayon sakini R.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışdır
01.07.2020İyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini R.Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.Qəbələ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.