Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul kisəsini oğurlamaqda şübhəli bilinən K.Alcanov saxlanılmışdır
29.06.2020Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki mağazaların birindən içərisində 1530 manat və 200 ABŞ dolları, habelə sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş K.Alcanov saxlanılmışdır.