Sumqayıt şəhəri ərazisində internet naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən M.Xanbalayev saxlanılmışdır
22.06.2020Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 20-də şəhər ərazisində 8 yaşayış binasının girişlərində quraşdırılmış internet naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xanbalayev saxlanılmışdır.