Bakı şəhər sakini Vahab Hüseynov silah satarkən tutulmuşdur
15.02.2008DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahab Hüseynov 1 ədəd "Naqan" tipli tapançanı 200 dollara satarkən tutulmuşdur. V.Hüseynovun evinə baxış zamanı 1 ədəd "AKMS" tipli silahın hissəsi və 86 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.