Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən silah-sursat və vasitələri götürülmüşdür

15.02.2008

Ağstafa RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKM" silahı, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd qumbara, 595 ədəd müxtəlif çaplı patron və 5 ədəd patron darağı tapılmışdır. Şəki ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "TOZ-8", 1 ədəd nömrəsiz "Karabin", 1 ədəd ov tüfəngi, 6 ədəd qumbara, 4 ədəd qumbara alışdırıcısı, 1 ədəd tüstüverici şaşka, 481 ədəd müxtəlif çaplı patron və 7 ədəd patron darağı tapılmışdır. Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakini Məcid Mahmudovdan 1 ədəd "AKS" silahı, 1 ədəd süngü-bıçaq və 1 ədəd patron darağı götürülmüşdür.